İsrail nümayəndələri Ağdamda ermənilərin dağıtdıqları abidələrlə tanış olublar - FOTO

 

İsrailin “Symba Group” şirkətinin nümayəndələri dünən Ağdama səfər edib.

Qonaqlar Cümə məscidi, İmarət kompleksi və erməni vandalizmi nəticəsində dağıdılmış digər abidələrlə tanış edilib və onlara aparılan yenidənqurma işləri barədə məlumat verilib.

Qeyd edək ki, “Symba Group” ötən əsrin 50-ci illərində yaradılmış tikinti şirkətidir.

2022-04-10 / 09:21
Facebook