Britaniyanın minatəmizləmə ekspertləri məcburi köçkünlərin Qarabağa təhlükəsiz qayıdışının təmini üzərində işləyir - Səfir

 

Britaniyalı minatəmizləmə ekspertləri ANAMA ilə əməkdaşlıqda məcburi köçkünlərin Qarabağa təhlükəsiz qayıdışının təmin olunması üzərində işləyir.

Bunu Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp Humanitar Mina Fəaliyyəti və Davamlı İnkişaf Məqsədləri üzrə beynəlxalq konfransın açılışında çıxışı zamanı deyib.

Səfir bildirib ki, Azərbaycan xalqının doğma yurduna qayıtmaq arzusu bu prosesdə prioritetdir.

"Böyük Britaniya qürur duyur ki, humanitar baxımdan vacib olan bu problemin həllində Azərbaycana operativ şəkildə dəstək göstərib. Böyük Britaniya Müdafiə Nazirliyinin nümayəndələri həm də minaların təmizlənməsi prosesinin sürətləndirmək üçün məşğələlər keçirib", - səfir bildirib.

2022-04-01 / 14:37
Facebook