2022-ci ilin yanvar-fevral aylarında qeyri-neft məhsulları ixracı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 39,3% artaraq 461,5 mln. dollar təşkil edib.
Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "Twitter" səhifəsində bildirib.
"Bu, qeyri-neft sektorunda ixrac potensialının və milli iqtisadiyyatın rəqabət qabiliyyətinin artmasının müsbət nəticəsidir", - nazir deyib.