Daxili işlər orqanlarının əməkdaşları tərəfindən işğaldan azad edilmiş ərazilərdə erməni hərbi birləşmələrinə məxsus tərk edilmiş silah-sursatın toplanması istiqamətində tədbirlər davam etdirilir.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən xəbərə görə, Tərtər Rayon Polis Şöbəsinin əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçularının keçirdiyi növbəti tədbirlər zamanı Talış kəndi istiqamətində tərk edilmiş hərbi mövqedən silah-sursat aşkar edilib.
Tapılan 1 pulemyot, 2 qumbara və 3000-dən artıq patron aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.