Azad edilmiş ərazilərə qiymətləndirmə missiyasının səfərinin vaxtı açıqlanıb

 

BMT, Dünya Bankı və Avropa İttifaqının ekspertləri erməni işğalından azad edilmiş Azərbaycan ərazilərinə martın 7-dən 17-dək qiymətləndirmə missiyasının tərkibində səfər edəcək.

Bunu BMT-nin Azərbaycandakı rezident-əlaqələndiricisi Vladanka Andreyeva Azərbaycanla BMT arasında münasibətlərin qurulmasının 30 illiyinə həsr olunmuş fotosərginın açılışında deyib.

Onun sözlərinə görə, səfər azad edilmiş ərazilərdə vəziyyətin qiymətləndirilməsi və bu ərazilərin bərpasına daha yaxşı dəstək göstərilməsi üçün planlaşdırılır.

2022-03-02 / 13:20
Facebook