İki min azərbaycanlı gənc təhsil üçün xarici ölkələrin universitetlərinə göndəriləcək

 

Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramının hədəf göstəricisi açıqlanıb.

Dövlət Proqramının hədəf göstəricisi həmin müddətdə hər il 400 nəfərdən çox olmamaqla, ümumilikdə 2000 nəfərədək Azərbaycan vətəndaşının xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsilinin təmin edilməsidir.

Dövlət Proqramı çərçivəsində xarici ali təhsil müəssisələrində təhsil yerlərinin ən azı 80 faizi ali təhsilin magistratura səviyyəsini əhatə edəcək.

2022-02-28 / 11:57
Facebook