Xocalı tək Azərbaycanın faciəsi deyil, bu, bəşəriyyətin ləyaqətinin alçaldılması idi. Xocalı bütövlükdə beynəlxalq ictimaiyyətin faciəsidir.
Bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Xocalı soyqrımının 30-cu ildönümü ilə bağlı konfransda deyib.
H.Hacıyev bildirib ki, Xocalı mütəşəkkil hərbi qüvvələrin keçirdiyi əməliyyat zamanı işğal olunub, soyqırımı törədilib.