Polşanın Qdansk şəhərində Xocalı faciəsinin 30-cu ildönümü ilə əlaqədar dinc aksiya keçirilib.
Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, Polşa Azərbaycanlıları Şurasının və Qdanskdakı azərbaycanlı icmasının birgə təşkilatçılığı ilə baş tutan aksiya şəhərin qədim hissəsindəki izdihamlı Dluqa küçəsində yerləşən Qdansk Milli Müzeyinin (keçmişdə əsas şəhər Ratuşası binası) önündə gerçəkləşdirilib.
“Xocalıya ədalət!” beynəlxalq təbliğat kampaniyası çərçivəsində təşkil edilən aksiya yerli sakinlərin böyük marağına səbəb olub.