UEFA Konfrans Liqası çərçivəsində keçirilən "Marsel"-"Qarabağ" matçında ermənilərin stadionda törətdiyi təxribatla bağlı UEFA-ya və "Marsel" klubuna rəsmi şəkildə şikayət edəcəyik.
Bunu açıqlamasında “Qarabağ” futbol klubunun mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə deyib.
“Biz bunu gözləyirdik. Ermənilər dəfələrlə “Qarabağ“ klubunun oyunlarında belə təxribatlara əl atıb. Plakat açılandan dərhal sonra stadionun təhlükəsizlik xidməti tərəfindən yığışdırıldı".
Stadiondakı bir qrup erməni azarkeş tərəfindən qarşılaşmanın gedişində təxribat xarakterli plakat açılıb.