Vahid səhiyyə çağrı mərkəzi yaradılacaq

 

Səhiyyə nazirliyinin nəzdində vahid səhiyyə çağrı mərkəzi yaradılacaq.

Bunu səhiyyə naziri Teymur Musayev keçirdiyi brifinqdə deyib.

Onun sözlərinə görə, hər bir vətəndaş o çağrı sisteminə müraciət edərək probleminin həllinə nail olacaq.

"Eyni zamanda nazirliyin yeni istifadəyə verilmiş vebsaytı üzərindən də müraciətlər oluna bilər və dərhal cavablandırılacaq", - deyə T.Musayev bildirib.

2022-02-10 / 11:36
Facebook