Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin müvafiq Sərəncamları ilə səhiyyə nazirinin müavinləri vəzifələrindən azad olunublar.
3 fevral 2022-ci il tarixli müvafiq Sərəncamla Nigar Ramiz qızı Əliyeva, Elsevər Məmməd oğlu Ağayev, Rahim Rafail oğlu Əliyev, Viktor Kərimoviç Qasımov tutduqları vəzifədən azad olunublar.
Prezidentin digər sərəncamı ilə İlqar Əbülfəz oğlu Qasımov, Nadir Azər oğlu Zeynalov və Rasim Miskin oğlu İsmayılov səhiyyə nazirinin müavinləri təyin olunublar.