Yevlaxda partlayış olan yerdən daha 17 ədəd kasetli bomba tapılıb
Yevlaxda çobanın ermənilər tərəfindən atılan kasetli bombanın partlaması nəticəsində həlak olduğu yerdən əlavə 17 bomba da aşkar edilib.
DİN Mətbuat xidmətindən verilən məlumata görə, hadisə yerinə baxış zamanı partlamamış əlavə 17 ədəd kasetli bomba aşkar edilərək zərərsizləşdirilib.
Qeyd edək ki, fevralın 1-də Yevlax rayonunun Aran qəsəbəsi ərazisində “Şirinbulaq” adlanan qış otlaq sahəsində Daşkəsən rayon sakini İsmayıl Mikayılov Vətən müharibəsi dövründə düşmən tərəfindən atılmış kasetli bombanın qalıqlarının partlaması nəticəsində xəsarət alaraq ölüb.