Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva 20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət ediblər

 

Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva 20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət ediblər (YENİLƏNİB) (FOTO/VİDEO)

Qanlı 20 Yanvar faciəsindən 32 il ötür. Sovet imperiyasının Bakıda törətdiyi qanlı qırğının 32-ci ildönümü ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva yanvarın 20-də - Ümumxalq Hüzn Günündə Şəhidlər xiyabanını ziyarət ediblər.

Dövlətimizin başçısı İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva ölkəmizin azadlığı uğrunda həlak olanların əziz xatirəsini ehtiramla yad etdilər.

Prezident İlham Əliyev “Əbədi məşəl” abidəsi önünə əklil qoydu.

Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.

2022-01-20 / 16:49
Facebook