Azərbaycanda ÜDM-in nominal həcmi 93 mlrd. manata çatıb və bu, 2019-cu illə müqayisədə 11 mlrd. manatadək çoxdur.
Bu barədə İqtisadiyyat Naziri Mikayıl Cabbarov "Twitter" hesabında yazıb.
Nazir əlavə edib ki, 2020-ci ildə pandemiya səbəbindən ÜDM-in həcmi azalsa da, ötən il bu göstərici 2019-cu ilə nisbətən bərpa olunmaqla yanaşı, həm də artıb.
Xatırladaq ki, 2021-ci ildə Azərbaycanda 92 857,7 mln. manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 5,6% çox ÜDM istehsal olunub.