İran Azərbaycanla yeni sərhəd-gömrük məntəqəsi açmaq niyyətindədir

 

İran Azərbaycanla yeni sərhəd-gömrük məntəqəsi açmaq niyyətindədir

İran şimal-qərbdə yerləşən Ərdəbil vilayətinin Aslanduz rayonunda Azərbaycanla yeni sərhəd-gömrük məntəqəsini açmaq niyyətindədir.

Bunu İranın Ərdəbil vilayətinin valisi Hamed Amili jurnalistlərə açıqlamasında deyib.

H.Amilinin sözlərinə görə, bu sərhəd-keçid məntəqəsi iqtisadi baxımdan diqqət mərkəzində olacaq və iki ölkənin məhsul tranziti sahəsində münasibətlərinin inkişaf etməsinə köməklik göstərəcək.

Məsələ ilə əlaqədar Dövlət Gömrük Komitəsindən bildirilib ki, gömrük-sərhəd məntəqəsinin açılması ilə əlaqədar məsələyə hökumət qərar verir. Nazirlər Kabinetindən isə hələki sorğuya cavab verilməyib.

Ərdəbil valisi əlavə edib ki, İranın şimal-qərbində Ərdəbil vilayətinin Aslanduz rayonunda Araz çayı üzərində Azərbaycanla sərhəddə yeni körpünün inşa olunacağına ümid edilir. Bu körpünün tikilməsi ilə əlaqədar ilk addımlar atılıb. Körpünün tikilməsi iqtisadi inkişafa böyük töhfə verəcək.

2021-12-27 / 12:49
Facebook