"Qarabağın son statusu Azərbaycan konstitusiyası əsasında baş verməlidir" - Paşinyan
Ermənistan Baş naziri Nikol Paşinyan deyib ki, Qarabağın son statusunun dəqiqləşdirilməsi Azərbaycan konstitusiyası əsasında baş verməlidir və bu imkanı onun sələfləri yaradıb.
Paşinyan bildirib ki, Qarabağ münaqişəsi üzrə danışıqlar prosesi əzəldən erməni tərəfinin “xeyrinə” getməyib və o bunda öz sələflərini günahlandırıb.
Ermənistan lideri dekabrın 24-də onlayn rejimdə mətbuat konfransı zamanı vurğulayıb ki, Qarabağ tənzimlənməsi ilə bağlı ATƏT-in Minsk Qrupu həmsədrlərinin hələ 2016-cı ildə irəli sürdüyü təkliflər erməni tərəfi üçün “faciəvi” olub.