Ceyhun Bayramov: “İranın müvafiq qurumu ilə ANAMA arasında əməkdaşlıq imkanlarını müzakirə etdik”

 

No description available.

“Qarabağda yenidənqurma və bərpa prosesi başlayıb və növbəti illərdə bu prosesin miqyası daha da böyüyəcək”. Bunu xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı Hüseyn Əmir Abdullahianla Bakıda görüşdən sonra keçirilən mətbuat konfransında deyib. Nazirin əlavə edib ki, İran tərəfindən müraciətlər, layihələr almışıq: “Artıq məlumat almışıq ki, bu layihələrdən biri artıq təsdiqlənib və yaxın həftələrdə bu layihənin reallaşmasına başlanacaq. İranın regiona daha da yaxın olması bu şirkətlər üçün üstünlükdür”. “Həmçinin, İranın minatəmizləmə sahəsində təcrübəsini nəzərə alaraq İranın müvafiq qurumu ilə ANAMA arasında əməkdaşlıq imkanlarını müzakirə etdik”, Ceyhun Bayramov əlavə edib.

2021-12-22 / 22:11
Facebook