Azərbaycan Gorus-Qafan yolu üzərində ilk yanacaqdoldurma məntəqəsini açıb (FOTO)

 

Azərbaycan Gorus-Qafan yolu üzərində ilk yanacaqdoldurma məntəqəsini açıb (FOTO)

Azərbaycan-Ermənistan dövlət sərhədində, Qubadlı rayonu ərazisində ilk yanacaqdoldurma məntəqəsinin açılışı olub.

Yanacaqdoldurma məntəqəsi Qubadlının Eyvazlı kəndində, Gorus-Qafan yolu üzərində yerləşir.

Açılış mərasimində SOCAR-ın prezidenti Rövnəq Abdullayev iştirak edib.

"Bu beynəlxalq bir yanacaqdoldurma məntəqəsidir. Burada Azərbaycana məxsus avtomobillərlə yanaşı, xarici tranzit avtomobillər də yanacaqla təmin olunacaq", - R.Abdullayev deyib.

2021-12-20 / 14:28
Facebook