Türkiyə səfirliyi qəzada həyatını itirən azərbaycanlılarla bağlı başsağlığı verib

 

Türkiyə səfirliyi qəzada həyatını itirən azərbaycanlılarla bağlı başsağlığı verib

Türkiyənin Azərbaycandakı səfirliyi Qarsın Sarıqamış qəsəbəsində avtobus qəzasında 2 Azərbaycan vətəndaşının həyatını itirməsi ilə ilə bağlı başsağlığı verib.
Bu barədə səfirlik “Tvitter”də paylaşım edib.
Paylaşımda qeyd olunub ki, qəzada 2-i Azərbaycan vətəndaşı olmaqla, 4 nəfər həyatını itirib: “Vəfat edən bütün qardaşlarımıza Allahdan rəhmət, yaxınlarına səbir və başsağlığı, yaralılara şəfa diləyirik”.

2021-12-19 / 15:11
Facebook