ABŞ Azərbaycan və Ermənistan liderlərinin Brüssel görüşlərini alqışlayır
ABŞ Dövlət Departamenti Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında baş tutmuş görüşə münasibət bildirib.
ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays özünün “Twitter” hesabında bildirib ki, ölkəsi Azərbaycan və Ermənistan liderlərinin Brüsseldə baş tutmuş son görüşlərini alqışlayır.
“Biz regiona sülh gətirmək üçün birbaşa əlaqələri güclü şəkildə dəstəkləyirik”, - N. Prays qeyd edib.