ABŞ Türkiyə və Ermənistanın dialoqa başlamağa dair addımlarını alqışlayır

 

Entoni Blinken

ABŞ Dövlət katibi Entoni Blinken Türkiyə və Ermənistanın qarşılıqlı olaraq xüsusi nümayəndələrin təyinatı xəbərinə münasibət bildirib.

Bununla bağlı Entoni Blinken "Twitter"də paylaşım edib.
“Biz Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun və Ermənistan Xarici İşlər Nazirliyinin normallaşma prosesini müzakirə etmək üçün xüsusi nümayəndələrin təyin edilməsi ilə bağlı bəyanatlarını alqışlayır və qətiyyətlə dəstəkləyirik”, - ABŞ dövlət katibi bildirib.

2021-12-15 / 11:36
Facebook