“Qarabağ”ın rəqibi müəyyənləşəcək: “Fənərbağça” Bakıya gələ bilər

 

No description available.

Bu gün Avropa Konfrans Liqasında 1/16 final mərhələsinin püşkü atılacaq. Qrupu ikinci yerdə başa vuran “Qarabağ” Avropa Liqasının qrupunda üçüncü yeri tutmuş komandalardan biri ilə qarşılaşacaq. 17:00-da başlayacaq püşkatmada “Qarabağ”ın potensial rəqibləri də bəlli olacaq. Həmin komandalar bunlardır: “Seltik” (Şotlandiya), “Fənərbağça” (Türkiyə), “Lester Siti” (İngiltərə), “Marsel” (Fransa), “Midtyulan” (Danimarka), PSV (Niderland), “Rapid” (Avstriya), “Sparta” (Çexiya). Qeyd edək ki, pley-offun ilk oyunları fevralın 17-də, cavab matçları həmin ayın 24-də keçiriləcək.

2021-12-13 / 11:29
Facebook