İran Türkmənistan qazını Azərbaycana tədarük etməyə hazırdır - İranlı rəsmi

 

No description available.

İran Türkmənistan qazını Azərbaycana tədarük etməyə hazırdır.

Bunu İranın Qaz Nəqli Şirkətinin icra direktoru Mehdi Cəmşidi Dana deyib.

M.Cəmşidi Dananın sözlərinə görə, İranda qaz nəqli üzrə mövcud infrastruktur qaz svopu ilə bağlı üçtərəfli müqavilədə nəzərdə tutulan miqdardan daha çox qaz tədarük etməyə imkan verir:

“Belə ki, nə Türkmənitanla, nə də Azərbaycanla sərhəddə qaz nəqli üzrə hər hansı problem var”, - deyə o bildirib.

Şirkət rəsmisi deyib ki, İranın qaz nəqli üzrə şəbəkəsi ilə gündəlik 900 milyon kubmetrə qədər qaz nəql etmək mümkündür.

Qeyd edək ki, noyabrın 28-də Türkmənistanın paytaxtı Aşqabadda ildə 1,5-2 milyard kubmetr Türkmənistan qazının İran vasitəsi ilə Azərbaycana tədarük edilməsi üzrə üçtərəfli müqavilə imzalanıb. Müqavilənin icrasına dekabrın 22-dən başlanılacağı və gündəlik 5-6 milyon kubmetr qazın nəqli gözlənilir.

2021-12-11 / 12:00
Facebook