Amerikalı siyasi ekspert: “ABŞ-dakı “Demokratiya naminə sammit” “parçala və hökm sür” siyasətinin nümunəsidir”

 

ABŞ-dakı “Demokratiya naminə sammit” “parçala və hökm sür” siyasətinin nümunəsidir

ABŞ-dakı “Demokratiya naminə sammit” uğursuzluğa məhkumdur.

Bunu amerikalı ekspert Piter Teys deyib.

Onun sözlərinə görə, ikili standartlar Bayden xarici siyasətinin əsas dayağıdır, sammit isə sadəcə göstəriş üçün boş ritorikadır və insan haqlarını möhkəmləndirməyəcək, əksinə bütün dünyada institusional demokratiyanı daha da zəiflədəcək.

“Bayden deyir ki, demokratiya təsadüfən meydana gəlmir, onun uğrunda mübarizə aparmaq, möhkəmləndirmək və qorumaq lazımdır. Real dünyada isə ABŞ tam əksini müdafiə edir. Sammit uğursuzluğa düçardır, dəvət olunan ölkələrdə demokratik standartları möhkəmləndirməyəcək”, - deyə P.Teys bildirib.

Ekspertin sözlərinə görə, Türkiyə, Azərbaycan və digər demokratik hökumətləri dəvət etməmək və müzakirələr aparmamaq istəyi özünütəcriddən başqa bir şey deyil və bu, ABŞ-ın milli maraqlarına ziyan vurur.

“Mən prezident Bayden tərəfindən avtokratiyanı şəffaf hökumətdən üstün tutan bu tədbirdə iştirak üçün dəvət etdiyi dövlət xadimlərinin siyahısından məyusluğumu və narahatlığımı bildirirəm”, - P.Teys deyib.

Rusiyalı politoloq Sergey Markov öz növbəsində bildirib ki, “Demokratiya naminə sammit”ə Rusiya, Türkiyə, Çin, Macarıstan və Azərbaycanın dəvət olunmaması bu ölkələrin suveren olduğunu, Vaşinqtonun əmrlərinə tabe olmağa deyil, öz maraqlarının müdafiəsinə hazır olduğunu göstərir.

“Demokratiya naminə sammit” böyük ironiyadır, belə ki, onun məqsədi digər ölkələri sıxışdırıb çıxarmaq, dünyanı müxtəlif düşərgələrə bölməkdir. Bu, bir növ “parçala və hökm sür” siyasətidir. Dövlət səviyyəsində terrorçuluğu dəstəkləyən Ermənistanın sammitə dəvət olunması fonunda Macarıstan, Azərbaycan və Türkiyənin dəvət olunmaması iştirakçıların hansı meyarlarla seçilməsi barədə təəssürat yaradır”.

2021-12-10 / 19:36
Facebook