Ağdam Sənaye Parkına qoyulacaq ilkin investisiyanın həcmi açıqlanıb

 

Ağdam Sənaye Parkına qoyulacaq ilkin investisiyanın həcmi açıqlanıb

İlkin mərhələdə Ağdam Sənaye Parkına 20-25 milyon manatlıq, orta vədəli strategiyada isə 100 milyon manatlıq investisiya yatırılması gözlənilir.

Trend-in məlumatına görə, bunu bu gün Sumqayıt Kimya Sənaye Parkı və Qarabağda yaradılan sənaye zonalarında görülən işlərə dair brifinq zamanı İqtisadi Zonaların İnkişafı Agentliyinin İdarə heyətinin sədri səlahiyyətlərini icra edən Elşad Nuriyev deyib.

“Amma bu rəqəmlər dəyişə bilər. Çünki biznes planları təhlil olunur”, - E.Nuriyev deyib.
Onun sözlərinə görə, Araz Vadisi İqtisadi Zonası strateji olaraq logistik xəttlərin üzərində yerləşdiyi üçün, xüsusilə də Zəngəzur dəhlizinə yaxın bir ərazidə yerləşdiyi üçün burada daha çox logistik şirkətlərin qurulması gözlənilir.

“İlkin rezidentimiz də artıq var. Araz Vadisi İqtisadi Zonasında rezident olmaq üçün müraciət edən sahibkarlıq subyektləri də var”, - E.Nuriyev deyib.

2021-12-10 / 14:14
VALYUTA MƏZƏNNƏLƏRİ
$ USD 1.7
EUR 1.816
Facebook