“Mədəniyyətlərin qarşıdurması səbəbindən yunan Kipri Qərbdə tanınıb”.
Bunu bu gün Azərbaycan mediasının təmsilçiləri ilə videokonfrans formatında görüşdə Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar bildirib.
Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti deyib ki, Avropa İttifaqının məqsədi Türkiyənin Şərqi Aralıq dənizində təsirini azaltmaqdır: “Biz sizlərin mənəvi dəstəyini istəyirik. İmzalanmış sazişlə Azərbaycana edilən hücum Türkiyəyə hücum, Türkiyəyə hücum Azərbaycana hücumdur. Təki bir millət, 3 dövlət olaq. Kipr Türkiyənin təhlükəsizliyi üçün çox önəmlidir. Bütün bu məsələlərin gündəmə gəlməsi vacibdir”.
Ersin Tatar qeyd edib ki, 50 il əvvəl nə internet, nə mobil telefonlar vardı: “Sadəcə əsarət altında Azərbaycan olduğunu bilirdik. İndi realıq dəyişib”.