Ermənistanın təxribatı nəticəsində dövlət sərhədində şəhid olan hərbi qulluqçumuz dəfn olunub - FOTO

 

No description available.

Azərbaycan-Ermənistan dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində dekabrın 8-i gecə saatlarında Ermənistan silahlı qüvvələrinin törətdiyi növbəti təxribat nəticəsində şəhid olan hərbi qulluqçumuz əsgər Əliyev Asif Adil oğlu dəfn olunub.
Şəhidinin nəşi Siyəzən rayonuna gətirilib. O, doğulduğu Zarat kənd qəbiristanlığında torpağa tapşırılıb. Şəhidlə vida mərasimində Siyəzən Rayon İcra Hakimiyyətinin rəhbərliyi, hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və rayon ictimaiyyətinin nümayəndələri iştirak edib.
Şəhid A.Əliyevin evin tək oğlu olub və onun hərbi xidməti başa vurmağına 20 gün qalmışdı.
Onun atası da Birinci Qarabağ müharibəsinin iştirakçısı olub.
Asif Əliyev Vətən müharibəsinin iştirakçısı olub, "Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif edilib.
Qeyd edək ki, A.Əliyev dekabrın 8-i gecə saatlarında Azərbaycan-Ermənistan dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribat nəticəsində şəhid olub.
2021-12-10 / 09:59
Facebook