Azərbaycan və Pakistan qarşılıqlı biznes missiyalar təşkil edəcək

 

Azərbaycan və Pakistan qarşılıqlı biznes missiyalar təşkil edəcək

Azərbaycan və Pakistan sahibkarlarının birgə iştirakı ilə biznes missiyalar təşkil olunacaq. Azərbaycan Sahibkarlar Konfederasiyasından (ASK) verilən məlumata görə, qeyd olunan məsələ ASK prezidenti Məmməd Musayevlə Azərbaycan-Pakistan İqtisadi Əməkdaşlıq Palatasının prezidenti Xürrəm Bhatti arasında keçirilən görüş zamanı müzakirələr aparılıb.

Tərəflər missiyaların təşkil edilməsinin detallarını razılaşdırıblar.
Görüşdə həmçinin gələcəkdə Pakistan və Azərbaycan arasında yeyinti sənayesi xüsusilə düyü, tekstil, əczaçılıq və meyvəçilik barədə idxal-ixrac fəaliyyətinin qurulması ətrafında fikir mübadiləsi aparıblar.

2021-12-09 / 16:39
Facebook