Konfrans Liqası: "Qarabağ" səfərdə "Bazel"lə qarşılaşacaq

 

Карабах начнет и закончит групповой этап ЛК матчами против Базеля

Bu gün Konfrans Liqasında qrup mərhələsinə yekun vurulacaq.

Azərbaycan təmsilçisi “Qarabağ” qrupda son matçına çıxacaq.
H qrupunda mübarizə aparan Qurban Qurbanovun yetirmələri İsveçrədə “Bazel”in qonağı olacaq. İlk iki yerdən birini təmin edən Ağdam klubu qrup qalibi olmaq üçün mübarizə aparacaq.

Bunun üçün “Qarabağ” mütləq qalib gəlməlidir. Bu, komandamızı birbaşa 1/8 finala daşıyacaq. Xal itkisi ağdamlıları qrup ikincisi edəcək. Əgər Qurbanovun komandası qalib gələ bilməsə, mübarizəni pley-offda davam etdirəcək.

Qeyd edək ki, Bazeldəki “Sent Yakobs Park”da keçiriləcək görüş Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

Konfrans Liqası
Qrup mərhələsi, VI tur
H qrupu, 9 dekabr
00:00. “Bazel” (İsveçrə) – “Qarabağ” (Azərbaycan)
Baş hakim: 
Fran Yoviç (Xorvatiya)

2021-12-09 / 16:28
Facebook