İşğaldan azad edilmiş ərazilərdə minaya düşərək həlak olanların və xəsarət alanların sayı açıqlanıb.
Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, 10 noyabr 2020-ci il tarixdən hazırkı vaxtadək işğaldan azad edilmiş ərazilərdə minaya düşmələri nəticəsində 7 hərbi qulluqçu, 29 mülki şəxs həlak olub.
109 hərbi qulluqçu, 44 mülki şəxs isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.