Vətən müharibəsi şəhidi, gizir Ziyad Muradovun xatirəsinə həsr edilmiş onlayn bilik yarışmasının qaliblərinin mükafatlandırılması mərasimi keçirilib

 

No description available.

9 iyun 2021-ci il tarixdə Bakı Şəhər Gənclər və İdman Baş İdarəsində Vətən müharibəsi şəhidi, gizir Ziyad Muradovun xatirəsinə həsr edilmiş onlayn bilik yarışmasının qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.
Qeyd edək ki yarış Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin, Nərimanov Rayon Gənclər və İdman idarəsinin və “Xəzər” İntellektual Gənclər Klubunun birgə təşkilatçılığı ilə 24 aprel 2021-ci il tarixdə onlayn formatda keçirilmişdir. Onlayn turnirdə hər komandada 6 nəfər olmaqla 23 komanda ( ümumi 138 nəfər) iştirak etmişdir.
Tədbir başlamazdan öncə Azərbaycanın azadlığı, istiqlaliyyəti və müstəqilliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin, günahsız soydaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Sonra Şəhid Ziyad Muradovun ailə üzvlərinin də iştirak etdiyi mərasimdə Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, şəhidimizin atası Muradxan Muradov, Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov, “Xəzər” İntellektual Gənclər Klubunun nümayəndəsi, yarışmanın koordinatoru Elmidar Suleymansoy çıxış etmişlər.
Çıxışlardan sonra qaliblər xüsusi karantin rejiminə riayyət olunmaqla təşkilatçılar tərəfindən diplom və medallarla təltif ediliblər.
2021-06-09 / 14:50
VALYUTA MƏZƏNNƏLƏRİ
$ USD 1.7
EUR 1.9961
Facebook