SİA Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasovun müsahibəsini təqdim edir:
- Azərbaycan ötən həftə möhtəşəm bir yarışa ev sahibliyi etdi. Formula 1 yarışlarının növbəti mərhələsi keçirildi və artıq başa çatdı. Bu kimi beynəlxalq yarışların ölkəmiz üçün əhəmiyyəti nədən ibarətdir? Bu kimi yarışlar ölkəmizə nə qazandırır, hansı dividentləri gətirir?
- Birmənalı olaraq ölkəmiz artıq müharibə dövründən sonra dünyanın gözündə fərqli bir Azərbaycan olaraq görsənir. Hər bir böyük yarışa, böyük tədbirə ev sahibliyi edən dövlət öz iqtisadi gücünü, öz təhlükəsizliyini qəbul etmiş ölkə olaraq öz bacarığını peşəkar mütəxəssislərin və ən əsası da odur ki, bu gün dünyanın bir parçası olduğunu göstərir. Formula 1 yarışı dünyanın ən çox televiziya auditoriyası olan idman növlərindən biridir. Paytaxtın mərkəzi küçələrində heç də bir çox dövlət bu cür yarışları təşkil edə bilmir. Bu baxımdan Azərbaycan dövləti bu yarışa ev sahibliyi etməklə yanaşı bu gün Azərbaycan dünyada təbliğ edilir, dünyanın gözü ilə Azərbaycanın həqiqətlərini görür və Azərbaycanın təşkilatçılığı ilə yaxından tanış olur. Eyni zamanda bu yarış əvvəlki illərdən fərqli olaraq post-pandemiya dövrünə təsadüf etdiyi üçün, bir çox idman növlərinin yarışlarına məhdudiyyələr qoyulduğu üçün bu yarışlar bu səfər televiziya auditoriyası, sosial şəbəkələrdən, dünya mətbuatından da gördük bu daha çox gözlənilən idi. Yarışın maraqlı və rəqabətli keçməsi, yarışda gözlənilməyən pilotun qalib gəlməsi bu yarışa biraz da rəng qatdı. Birmənalı olaraq bu bizə və ölkəmizə həm iqtisadi, həm siyasi, eyni zamanda Azərbaycana gələcəkdə turist sərmayə qoyulmasında maraqlı olan şirkətlərin cəlb edilməsinə təkan verəcək.
- Bu yaxınlarda UEFA Avropa 2020 oyunları başlayacaq. Bu yarışın ölkəmiz üçün əhəmiyyəti nədədir? Nə ilə yadda qalacaq?
- Bu yarışın Formula 1-dən fərqliliyi ondan ibarətdir ki, azərkeşlərin bir qisminin iştirakına icazə veriləcək. Digər tərəfdən bu yarışın doğmalığı həm də ondan ibarətdir ki, Türkiyə Cumhuriyyətinin milli yığma komandasının oyunları Azərbaycanda keçiriləcək. Böyük azərkeş kütləsi olan Türkiyə milli yığma komandasının azərkeşləri üçün tarixi bir fürsətdir. Düşünürəm ki, bu yarış həm böyük televiziya kütləsi, həm də böyük azərkeş kütləsi olan dünya mətbuatında maraqlı olan, ən çox yazılan bir idman növü olaraq bugünkü gündə Avropa qitəsində izlənməyəcək, həm də digər qitələrdə də izləniləcək. Eyni zamanda bugünkü gün Avropanın futbol oyununda iştirak edən komandaların tərkibində dünyanın dörd bir yerində aparıcı futbol klublarının nümayəndələri iştirak edir və bunların özlərinin öz auditoriyası və azərkeşləri var. Bu o deməkdir ki, Bakıdan hər dəqiqə yayımlanan futbol yarışı dünyanın dörd bir yerinə Azərbaycanımız, paytaxtımız Bakı və stadionumuz mükəmməl təşkilatçılığın əyani sübutu olacaq. Ümidvarıq ki, Türkiyə milli yığma komandası azərkeşlərini sevindirəcək və bu yarış digər yarışlar kimi ölkəmizin təşkilatçılığı tərəfindən, aidiyyatı fərdlər tərəfindən görünən və görünməyən döyüşçülər tərəfindən yüksək peşəkarlıqla dünyaya növbəti dəfə Azərbaycanı və onun gücünü göstərəcək.
- Siz nümayəndə heyəti ilə birlikdə işğaldan azad olunmuş ərazilərimizdə - Füzuli və Cəbrayılda oldunuz. Ümumi təəssüratlarınız nədən ibarətdir? Ermənilərin hansı vəhşiliklərinin şahidi oldunuz?
- Bilirsiniz ki, Əlil Arabasında Olan Qılınc Oynatma üzrə İdman Federasiyasının təşəbbüsü ilə Bakı şəhər Gənclər və İdman Baş İdarəsi, Təhsil Nazirliyi və Müdafiə Nazirliyinin birgə təşkilatçılığı ilə 2 iyun tarixində ölkəmizdə təhsil alan 16 tədris ocağından, 31 ölkədən 40-dan çox əcnəbi tələbə Füzuli və Cəbrayıl rayonlarımıza səfər etdilər. Səfərin əsas məqsədi ondan ibarət idi ki, əcnəbi tələbələr işğaldan azad olunmuş ərazilərimizdə 30 il ərzində insanlarımızın mülklərinə dəymiş ziyanı, flora və faunaya dəymiş ziyanı, həmin əraziləri demək olar ki, yerlə-yeksan olunmasını öz gözləri ilə görsünlər. Həmin ərazilərin əksər hissəsi minalanıb və minalanmış ərazilərin bugünkü gündə Ermənistan tərəfinin hələ də təqdim etməməsi beynəlxalq cinayətdir. Əcnəbi tələbələrin bu hadisələri öz gözləri ilə görmələri doğma ölkələrinə, mətbu orqanlarına, sosial şəbəkələrə, öz ölkələrindəki beynəlxalq qurumlara həqiqətlərin çatdırılmasında müstəsna rola malikdir. Həm müsahibələr zamanı, həm səfər zamanı 4 qitədən olan tələbələr birmənalı olaraq bu məsələnin bu qədər ciddi, dağıntının bu qədər böyük həcmdə olduğunu təsəvvür etmirdilər. Digər bir tərəfdən ölkəmizdə müxtəlif ölkələrin diplomatiyaların korpusları fəaliyyət göstərir. Amma bəzən xarici tələbələr elə ölkələri təmsil edirlər ki, onların diplomatik korpusu yox idi. Biz seçim edəndə həm gender bərabərliyini, həm də Azərbaycanda fəaliyyəti olmayan diplomatik nümayəndəliyin həmin ölkənin tələbəsinin seçimi, beynəlxalq təşkilatlarda olan və çıxış edən tələbələri seçdik ki, bu səfərin məqsədini dünyaya geniş çatdıraq.
- Bu yaxınlarda sosial şəbəkələrdə şəhid Mətləb Zamanovun oğlu Nemət Zamanovun çıxışı böyük rezonans doğurdu. Siz də həmin məkanda oldunuz. Şəhid övladı ilə görüşdünüz. Təəssüratlarınız nədən ibarətdir?
- Şəhid övladı ilə görüş həm duyğulandırır, həm də şərəfləndirir. Şəhid övladlarının yanında olmaq, onları dinləmək, cəmiyyətə çağırış etmək bizim borcumuzdur. Şəhid övladı birmənalı olaraq atasının şəhid olması ilə qürurlanır. Baxmayaraq ki, Nemətin yaşı azdır amma onun dərrakəsi, onun bu gün cəmiyyətə şəhid ailələri adından ismarıcın göndərilməsi, Ali Baş Komandanımız haqqında bildirdiyi fikirlər bizə çox təsir etdi. Eyni zamanda bu gün cəmiyyətimizdə birmənalı olaraq şəhid ailələri, qazilərimiz ən sevilən təbəqədir. Ali Baş Komandanımız cənab Prezident tərəfindən öz işinin quruluşunda bu kateqoriyaya aid olan şəxslərin yanında olmalıyıq. Onlara mənəvi və psixoloji dəstəyin göstərilməsi üçün biz idarə olaraq əlimizdən gələni edəcəyik. Eyni zamanda digər bir tərəfdən yerlərdə də bizim gənclər evinin nümayəndələri, Şəmkir İcra hakimiyyətinin nümayəndələri və Müdadiə Nazirliyinin dəstəyi ilə oraya gəlmiş əsgər və zabitlər də birmənalı olaraq bizim bu ümumi işimizə təkan vermiş oldu. Necə ki, biz birlikdə Vətən müharibəsi zamanı cəmiyyətimiz bir yumruq olaraq birləşərək rəşadətli ordumuza, müzəffər Ali Baş Komandanımıza dəstək oldu və zəfər çaldıq, bu gün də cəmiyyətimiz vahid bir yumruq olaraq davamlı şəkildə diplomatik sahədə, həm də cəmiyyətdəki sosial məsələləri həlli sahəsində iş aparmalıdır.
- Bakı şəhər Gənclər və İdman Baş İdarəsi mütəmadi olaraq qazilərimizə, şəhid ailələrinə yaxından diqqət göstərir. Onların hal-hazırda nəyə ehtiyacı var? Qayğıları nədən ibarətdir?
- Qazilərimizi yenidən cəmiyyətə qaytarıb və ayrı-ayrı sahələrdə özlərini göstərmələrinə çalışırıq. Biz istəyərdik ki, müxtəlif idman yarışlarını təşkil edək. Bildiyiniz kimi Paraolimpiya hərəkatı var və bəzi qazilərimizi biz Paraolimpiya hərəkatına cəlb etmək üçün müzakirələr edirik. Bir çox avadanlıqla bir çox qazilərimiz təmin olunub. Ümumiyyətlə Xəzər, Suraxanı, Sabunçu və Xətai rayonlarında qazilərimizlə görüşlər keçirilib. Aydın məsələdir ki, bütün qazilərimizin evlərini ziyarət etmək mümkündür. Qapı-qapı ona görə gedirik ki, elə məsələr var ki, qazilərlə görüş zamanı hansısa qurumlarla əlaqələndiririk, onları cəmiyyətə yenidən qayıtması üçün köməklik edirik. Federasiyamızın nəzdində psixoloqlar var. Qazilərə təmənnasız psixoloji yardımlar, təmənnasız hüquq məsləhətlər görülür. Bizim üzərimizə düşən, bizi əhatə edən məsələləri biz gedib qazilərimizdən soruşmalıyıq. Ona görə ki, dövlətimizin rəhbərliyinin tapşırığı da bundan ibarətdir. Bu proses davam edəcək və paytaxtda bitəndən sonra əyalət və bölgələrdə də bu proses davam edəcək. Orada bizim yerli idarələrimiz var. Aidiyyatı federasiyalarla bu iş aparılacaq və nəticə etibarilə razılıq verərək, gələcəkdə idman sahəsində Paraolimpiya hərəkatına qoşulmaq istəyənlərin biz vahid siyahısını çıxardacayıq. Həmin siyahı nəticəsində yarışları təşkil edəcəyik. Bu yarışlar təkcə qazilərimizlə deyil, həmçinin şəhid övladları ilə də keçirilir.