"“Formula 1” böyük televiziya auditoriyası olan idman növüdür" İDARƏ RƏİSİ AÇIQLADI

 

 

"Beynəlxalq idman yarışları ölkənin dünyada tanıdılmasında, təbliğatında çox böyük rol oynayır". Bu sözləri SİA-ya açıqlamasında Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov deyib.

Onun sözlərinə görə, “Formula 1” böyük televiziya auditoriyası olan idman növüdür: “Dünyada bir çox ölkələrdə yayımlanır. Azərbaycan Respublikasının bu yarışı məhz zəfər qalibiyyətindən sonra keçirməsinin xüsusi önəmi var. Bu yarış idman sevərlərlə yanaşı eyni zamanda müxtəlif şirkətlərin ölkəyə marağını artırmış olur. Hansı ölkələrdə ki, “Formula1” yarışları keçirilir o ölkələrdə öz nümayəndəliklərinin açılması, o ölkəyə yatırımın qoyulması, o ölkənin təbliğatında maraqlı olduğunu göstərir”.

Raqif Abbasov həmçinin qeyd edib ki, “Formula1” yarışı ilk multikultur, kütləvi və izləyici auditoriyası olan yarış olmaqla yanaşı, eyni zamanda da ölkəyə sərmayənin cəlb olunmasının göstəricisi və Azərbaycana infrastruktur cəhətdən bu yarışın keçirilməsinə hazır olduğu bir ölkə kimi nümayiş etdirir”.

2021-05-31 / 17:37
Facebook