Vətən Müharibəsi qaziləri ilə görüşlər davam etdirilir

 

 

No description available.

Bakı şəhər Gənclər və İdman Baş İdarəsi, Azərbaycan Əlil Arabasında Qılıncoynatma Federasiyası və İcra Hakimiyyətlərinin Qazi və Vətən Müharibəsi iştirakçıları ilə iş şöbələrinin birgə təşkilatçılığı ilə Vətən müharibəsi qazilərinə psixoloji, mənəvi, hüquqi dəstək verilməsi üzrə görüşlər görüşlər davam etdirilir.

Görüş zamanı onlara mənəvi dəstək, hüquq məsləhəti, gənclərimizin paralimpiya idman hərəkatına cəlb olunması, qazilərimizi maraqlandıran məsələlərin aidiyyatı qurumlara çatdırılması işində dəstəyin göstərilməsi kimi məsələlər müzakirə edilib və qazilərimizi ölkəmizdə keçirilməsi nəzərdə tutulan “Zəfər Kuboku” adlı qılıncoynatma yarışında iştirakını cəlb etməkdir.

Bu gün də görüşlər Xətai rayonunda davam etdirilib. Bu görüşdə Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, Azərbaycan Əlil Arabasında Qılıncoynatma Federasiyasının prezidenti Asəf Məlikov, Xətai rayon İcra Hakimiyyətinin Qazi və Vətən Müharibəsi iştirakçıları ilə iş şöbəsinin müdiri Anar Məmmədov və digər şəxslər iştirak etmişdir.

Qazilərimiz göstərilən diqqət və qayğıya görə dövlətimizə və xalqımıza minnətdarlıq edərək, hər an Vətənimizin ərazi bütövlüyü, suverenliyi uğrunda döyüşməyə hazır olduqlarını ifadə ediblər. Xalqımızın diqqətini və sayğısını həmişə hiss etdiklərini və bundan şərəf duyduqlarını bildiriblər.
Artıq Xəzər, Suraxanı rayonlarında Vətən Müharibəsi qazilərinə psixoloji, mənəvi, hüquqi dəstək verilməsi üzrə görüşlər keçirilib.

Məlumat üçün bildirək ki, novbəti həftə Sabunçu rayonunda yaşayan bütün qazilərimizlə belə formatda görüşlərin keçirilməsi planlaşdırılır. 44 günlük Vətən Müharibəsində xalqımıza qələbə sevincini yaşadan bütün qazilərimiz bizimlə əlaqə yaradaraq arzu və istəklərini o cümlədən problemlərini dilə gətirə bilərlər. Bu layihələr davamlı olaraq respublikamızın bütün hüdudlarını əhatə edəcək. İlkin olaraq Bakı şəhərindən start götürən layihələrin regionlara qədər davam etməsi planlaşdırılır.
2021-05-31 / 17:31
Facebook