Xəzər rayonunda yaşayan qazilərimizlə görüş keçirildi (FOTOLAR)

 

 

Xəzər rayonunda yaşayan qazilərimizlə görüş keçirildi (FOTOLAR)

Dünən Bakı şəhər Gənclər və İdman baş idarəsi, Azərbaycan Əlil Arabasında Qılıncoynatma Federasiyasının birgə layihəsi olan qazilərimizə psixoloji və mənəvi dəstək aksiyasına Xəzər rayonu ərazisindən başlayaraq start verilib.
 
İlkin olaraq Bakı şəhər Gənclər və İdman Baş İdarəsi, Azərbaycan Əlil Arabasında Qılıncoynatma Federasiyası, Xəzər Rayon İcra Hakimiyyətinin müvafiq şöbələrinin əməkdaşları bələdiyyə nümayəndələri ilə birlikdə Binə qəsəbəsində yaşayan qazilərimizlə görüş keçirilib. 
 
Məlumat üçün bildirək ki, bu görüşdə federasiyanın rəhbərliyi, məşqçi və psixoloqlar da iştirak ediblər. Qazilərimizlə görüş zamanı onları narahat edən sualları yuxarıda adları çəkilən qurumların müvafiq şöbələrinin əməkdaşları tərəfindən ətraflı və dolğun cavablandırılıb. Qazilərimizlə qurulan səmimi münasibətlərin fonunda psixoloqların mənəvi dəstəyi eləcə də, ətrafdakı insanların diqqət və qayğısı onlarda yüksək əhval ruhiyyənin formalaşmasına zəmin yaradıb. 
 
Qazilərimizə göstərilən mənəvi psixoloji dəstəklə paralel olaraq onların sosial problemləri də daxil olmaqla digər arzu və istəkləri də yerindəcə qeydə alınaraq görüşdə iştirak edən digər qurum və təşkilatların diqqətinə çatdırılıb. Görüşdən razı qalan qazilərimiz göstərilən diqqət və qayğıya görə dövlətimizə və xalqımıza dərin minnətdarlıq hisslərini ifadə etdilər. Onlar bəyan etdilər ki, hər zaman vətənimizin keşiyində durmağa hazırıq. Bir birinə qarşı yüksək mənəvi dəyərlərlə məhəbbət bəsləyən bu xalqın mənafeyini qorumaq və onun uğrunda vuruşmağa dəyər. Qazilərimiz maraqlı görüş üçün bu layihədə zəhməti keçən hər kəsə təşəkkürünü bildirərək davamlı ünsiyyətin və dəstəyin gərəkli olduğunu diqqətə çatdırdılar. Layihənin təşkilatçıları qazilərimizin diqqətinə çatdırdılar ki, bu cür görüşlər mütəmadi olaraq keçiriləcəkdir.
 
Məlumat üçün bildirək ki, bu həftə Xəzər rayonunda yaşayan bütün qazilərimizlə belə formatda görüşlərin keçirilməsi planlaşdırılır. 44 günlük Vətən Müharibəsində xalqımıza qələbə sevincini yaşadan bütün qazilərimiz bizimlə əlaqə yaradaraq arzu və istəklərini o cümlədən problemlərini dilə gətirə bilərlər. Bu layihələr davamlı olaraq respublikamızın bütün hüdudlarını əhatə edəcək. İlkin olaraq Bakı şəhərindən start götürən layihələrin regionlara qədər davam etməsi planlaşdırılır.
2021-05-26 / 14:32
Facebook