"Münaqişədən sonra bir çox humanitar məsələ qalır".
Bunu Fransanın Azərbaycandakı səfiri Zakari Qross jurnalistlərə açıqlamasında deyib.
"Bu humanitar məsələlərdən biri minalardan təmizlənmədir ki, çox önəmli məsələdir. Həmçinin müharibədə həlak olanların cəsədlərinin tapılması və mübadiləsi, əsirlərlə bağlı məsələ, hər iki tərəfdən iddia edilən müharibə cinayətləri məsələsi araşdırılmalıdır. Beləliklə, bu problemlərin öhdəsindən gəlmək üçün bizim əməkdaşlığa, bütün tərəflərin xoş niyyətinə, konstruktiv ruha ehtiyacımız var. Biz müharibəni münaqişəni arxada qoymalı və irəliyə doğru addımlamalıyıq", - fransız diplomat qeyd edib.