Ermənistan ATƏT, habelə ATƏT-in Ukraynadakı Xüsusi Monitorinq Missiyasının büdcəsinin qəbulu prosesini bloklayıb.
Bu barədə Caliber.az diplomatik mənbələrə istinadən xəbər verir.
Rəsmi İrəvanın ATƏT-dəki bu cür destruktiv davranışı yalnız onun Kiyevə qarşı düşmən münasibətini nümayiş etdirmir, həm də bütün təşkilatın fəaliyyətinin iflic olmasına gətirib çıxarır. Ermənistanın bu addımının Qərbdə ciddi narazılığa səbəb olması məntiqlidir.
Qeyd edək ki, son dövrdə Ermənistan Xarici İşlər Nazirliyinin fəaliyyəti və Azərbaycana qarşı getdikcə aqressivləşən ifadələri Ermənistanın Baş naziri Nikol Paşinyanın öz xarici siyasət qurumuna nəzarət etmədiyi təəssüratı yaradır. Ermənistanın Xarici İşlər Nazirliyinin müstəqil şəkildə bu cür destruktiv hərəkət etməsi və ya onun xarici nəzarət altında olması sual yaradır.