Cəbrayıl rayonunda əkinə start verilib

 

 

Cəbrayıl rayonunda əkinə start verilib

İşğaldan azad olunmuş Cəbrayıl rayonunda əkin proseslərinə start verilib.

Əkin prosesi ötən gündən başlayıb. Rayonun Soltanlı kəndi ərazisində şum işləri başa çatdırılıb və burada korunğa adlı yem bitkisi əkiləcək.

Bu bitki Türkiyədə heyvandarlıq sahəsində geniş istifadə olunur. Korunğa xüsusən suvarılmayan sahələrdə əkilir və çox yüksək məhsuldarlığı var.

Soltanlı ərazisində sözügedən bitkinin 27 hektar sahədə əkilməsi nəzərdə tutulub.

2021-03-19 / 13:47
Facebook