Quba rayonunun Alekseyevka kənd tam orta məktəbi bugündən əyani tədrisdən distant tədrisə keçib.
Bunu məktəbin direktoru İsa Əlixanlı deyib.
Onun sözlərinə görə, məktəbdə Azərbaycan dili və ədəbiyyatı müəllimi Məhsimova Gülxar Sabir qızında COVID-19-a qarşı testin nəticəsi pozitiv olub.
Məktəbdə tədris aprelin 2-dək distant formada olacaq.
Qeyd edək ki, təhsil naziri Emin Əmrullayev dünən fevralın 1-dən indiyədək 626 sinfin distant tədrisə keçdiyini, onların 233-nün artıq əyani tədrisi bərpa etdiyini, hazırda 48 məktəbdə distant tədrisin tətbiq olunduğunu açıqlamışdı.