Son günlər cəmiyyətdə ayrı-ayrı şəxslər arasında, bəzi Kütləvi İnformasiya Vasitələrində, sosial şəbəkələrdə bayram ərəfəsində TƏBİB-in karantin rejimini sərtləşdirəcəyi ilə bağlı şaiyələr yayılıb.
TƏBİB-dən verilən açıqlamada deyilir ki, karantin rejiminin müəyyənləşdirilməsi ilə bağlı hər hansı qərarın qəbulu birmənalı şəkildə TƏBİB-in səlahiyyətlərinə aid olan məsələ deyil. Başqa sözlə, koronavirusla əlaqədar qapanma və yaxud da yumşalma tədbirləri TƏBİB tərəfindən həyata keçirilmir:
"Nazirlər Kabineti yanında Operativ Qərargahın üzvü kimi TƏBİB yalnız müalicə və müayinəylə bağlı tövsiyələr verir.