Şamaxıda hava proqnozu stansiyası istifadəyə verilib

 

 

Şamaxıda hava proqnozu stansiyası istifadəyə verilib

Şamaxı rayonunun Məlhəm kəndində Amerikanın hava texnologiyaları şirkəti Baron Weather şirkəti ilə birgə hava proqnozu stansiyası istifadəyə verilib.
 
Açılış mərasimində ABŞ-ın Azərbaycandakı səfiri Li Litzenberqer, Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev iştirak edib.
 
Səfir eyni zamanda ağac əkmə mərasimində iştirak edib və iqlim dəyişikliyinin yaratdığı problemlərin həlli üçün nəzərdə tutulan təşəbbüsü alqışlayıb: "Bu tərəfdaşlıq ABŞ ilə Azərbaycan arasındakı iqtisadi əməkdaşlığın iki ölkə üçün necə fayda gətirdiyinin növbəti gözəl nümunəsidir. ABŞ-ın olduğu kimi, Azərbaycanın da bölgələri böyük iqtisadi potensiala malikdir. Kənd sakinlərinin hər iki ölkənin iqtisadiyyatında oynadığı roldan qürur duyuruq!".
2021-03-09 / 16:50
Facebook