Sentyabrın 27-dən cəbhəboyu ərazilərdə 6 minə yaxın mina aşkarlanıb

 

 

Ana səhifə - ANAMA

2020-ci ilin 27 sentyabr tarixində cəbhəboyu ərazilərdə aparılan əməliyyatlar zamanı Azərbaycan Minatəmizləmə Agentliyinə daxil olmuş 2,3 min siqnal (əməliyyat çağırışı) əsasında 1,8 min operativ və təxirəsalınmaz əməliyyat çıxışı olub.

Bu barədə Nazirlər Kabinetinin 2020-ci ilə dair hesabatında bildirilib.

Hesabatda qeyd olunub ki, nəticədə Ağdam, Ağdaş, Ağcabədi, Bərdə, Beyləqan, Biləsuvar, Cəbrayıl, Goranboy, Göygöl, Naftalan, Kürdəmir, Füzuli, Tərtər, Tovuz, Şəmkir, Hacıqabul, Zərdab, Xızı, Xocavənd, Oğuz, Qəbələ rayonları, Gəncə, Mingəçevir şəhərləri ərazisində ev və həyətyanı sahəyə, neft kəmərinin yaxınlığına, Mingəçevir İES-in ərazisinə, Cənubi Qafqaz boru kəmərinin yaxınlığına, əkin və otlaq sahələrinə, yol kənarına, meşə massivinə, məktəbə baxış keçirilib, 1,6 min ədəd partlamamış hərbi sursat, 4,5 min ədəd piyada əleyhinə mina, 1,4 min ədəd tank əleyhinə mina, 1,9 min ədəd tank əleyhinə minanın partlayıcısı, 77 ədəd detonator, 1,4 min ədəd 9 N235 bombacıqları, 21,0 min müxtəlif çaplı patronlar, 2 ədəd qaz qumbarası, 6,0 kq qara barıt, 275 kq plastik partlayıcı maddə, 150 kq ammonium-nitrat tərkibli partlayıcı maddə, 27 ədəd hərbi məqsədlər üçün istifadə olunan metroloji radio pelenqator, 7 ədəd dron (zərərsizləşdirilmiş), 2 ədəd raketin mikrosxemi və 1,9 min ədəd partlamış raket hissələri aşkar olunub.

2021-03-09 / 16:47
Facebook