Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondu - “YAŞAT” fondu tərəfindən ağır yaralanan qazilərimizin səhhətinin bərpası ilə bağlı tədbirlər davam etdirilir.
Fond tərəfindən bu günə qədər 2775 şəhid ailəsi ziyarət olunub.
Eyni zamanda, bu günədək 4261 şəxs öhdəliyə götürülüb və onların problemlərinin həlli davam etdirilir. Bundan başqa, 1545 yaralının müraciəti qeydə alınıb. Ümumilikdə, Fond tərəfindən 13104 şəhid ailəsi üzvləri və yaralı ziyarət olunub.