"YAŞAT": Bu günədək 4156 şəxs öhdəliyə götürülüb

 

 

YAŞAT: Bu günədək 4 156 şəxs öhdəliyə götürülüb

Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondu (“YAŞAT” Fondu) tərəfindən ağır yaralanan qazilərimizin səhhətinin bərpası ilə bağlı tədbirlər davam etdirilir.

Fond tərəfindən indiyədək 2775 şəhid ailəsi ziyarət olunub.

Eyni zamanda, bu günədək 4156 şəxs öhdəliyə götürülüb və onların problemlərinin həlli davam etdirilir. Bundan başqa, 1445 yaralının müraciəti qeydə alınıb. Ümumilikdə, ziyarət olunan şəhid ailəsi üzvləri və yaralıların sayı 13004-dür.

2021-03-03 / 11:49
Facebook