“Ermənistan xarici jurnalistləri müxtəlif adlarla dəvət edərək Dağlıq Qarabağa aparır, onları hədəfə çevirməyə çalışır”.
Bunu bu gün keçirilən brifinqdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.
Hacıyev işğal altında olan Azərbaycan ərazilərinə səfər edən xarici jurnalistlərə yenidən çağırış edib: “Bir daha xarici jurnalistləri Azərbaycanın işğal olunmuş ərazilərinə səfərdən çəkinməyə çağırırıq. Azərbaycanın razılığı olmadan həmin ərazilərə səfər etmək qeyri-qanuni sayılır. Həmin ərazilər işğal olduğu üçün Azərbaycan həmin ərazilərdəki jurnalistlərin təhlükəsizliyinə cavabdeh deyil. Bu məsuliyyət Ermənistanın və oyuncaq rejimin üzərinə düşür. Həmin jurnalistlər məqsədli şəkildə atəş nöqtələrinin yaxınlığına gətirilir”.