Azərbaycan Xarici İşlər (XİN) Nazirliyi Ermənistanın Baş naziri Nikol Paşinyanın təxribatçı fəaliyyəti ilə bağlı açıqlama yayıb.
XİN-dən verilən məlumatda deyilir:
- Baş nazir Nikol Paşinyanın rəhbərliyi altında Ermənistan tərəfindən həm sözdə, həm də əməldə törədilmiş təxribatlar zənciri (qeyri-məhdud siyahı əlavə olunur) Ermənistan-Azərbaycan münaqişəsinin nizama salınması üzrə danışıqlar prosesinə zərbə vurmuş və regiondakı gərginliyin ciddi şəkildə artmasına gətirib çıxarmışdır. Təcavüzkar hərbi hərəkətlər ilə müşayiət olunan təhrikedici bəyanatlar, hərbi və digər təxribatlar Ermənistanın Azərbaycana qarşı növbəti təcavüzə hazırlaşdığını göstərir.
Beynəlxalq ictimaiyyətin mümkün bütün gözləntilərini puça çıxararaq, Ermənistan rəhbərliyi hakimiyyətə gəldiyi ilk gündən etibarən özünün sələflərinin ilhaqçı siyasətini təkrarlamaq seçimini etmişdir. Ermənistan ictimai şəkildə ATƏT-in Minsk Qrupunun rəhbərliyi ilə illərdən bəri aparılan danışıqlar prosesinin Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş ərazilərindən mərhələli şəkildə çıxarılmasını nəzərdə tutan məntiqi və anlayışından imtina etdiyini bəyan etmiş və beləliklə danışıqlara zərbə vurmuşdur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 19 sentyabr tarixində verdiyi müsahibəsində bildirdiyi kimi Ermənistanın “cəfəng bəyanatları və təxribat xarakterli addımları danışıqları mənasız edir”.
Əksinə, Paşinyanın rəbərliyi altında Ermənistan “yeni ərazilər üçün yeni müharibə” konsepsiyasını nəzərdə tutan və bu ölkənin danışıqlar prosesində strateji məqsədini müharibənin nəticələrini qoruyub saxlamaq kimi müəyyən edən hərbi doktrina və milli təhlükəsizlik strategiyası qəbul etmişdir. Yaxın Şərq bölgəsindən etnik ermənilərin işğal edilmiş ərazilərə qanunsuz köçürülməsi də daxil olmaqla, Azərbaycanın işğal edilmiş ərazilərində intensivləşən və genişlənən qanunsuz fəaliyyətləri ilə birlikdə Ermənistanın hazırkı rəhbərliyi birmənalı şəkildə sübut edir ki, bu ölkə ilhaqçı siyasət yürüdür və ATƏT-in Minsk Qrupunun himayəsi altında danışıqlardan bu məqsədlə sui-istifadə edir.
Ermənistanın təcavüzkar davranışı iyul ayının 12-16-da Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində məqsədyönlü təcavüz aktı ilə kulminasiya nöqtəsinə çatmışdır. Bu silahlı hücum təsadüfi bir hərbi insident olmayıb, Ermənistanın Azərbaycan Respublikasına qarşı qanunsuz güc tətbiqinin növbəti açıq təzahürüdür və Azərbaycanın yeni ərazilərini zəbt etmək məqsədi güdmüşdür.
Bu “sınaq” hücumunda uğursuzluğa uğrayan, lakin, yenə də növbəti təcavüz aktına hazırlıq görən Ermənistan külli miqdarda silah və sursat tədarük etmiş və öz qüvvələrini təmas xətti boyunca cəmləşdirmişdir. Azərbaycanın vacib mülki infrastrukturu və böyük yaşayış məntəqələrinə hərbi zərbə endirmək barəsində təhdidlər Ermənistanın Azərbaycan ərazisinin dərinliyində intensivləşmiş hərbi kəşfiyyat və diversiya hərəkətləri ilə müşayiət olunur. Buna paralel olaraq, Ermənistan Azərbaycana qarşı hərbi fəaliyyət göstərmək üçün istifadə ediləcək on minlərlə mülki şəxsdən ibarət hərbi dəstələrin yaradıldığını elan etmişdir.
Ermənistanın yeni hərbi hücuma hazırlığı kontekstində Azərbaycan beynəlxalq ictimaiyyəti, xüsusilə ATƏT-in Minsk Qrupunun həmsədrlərini Ermənistanı sağlam düşüncəyə gətirməyə və bu ölkəni yeni təcavüzdən çəkinməyə məcbur etməyə çağırır.
Ermənistanın rəhbərliyi təxribatçı bəyanatlarını geri götürməli, sabitliyi pozan bütün fəaliyyətlərini dayandırmalı və münaqişənin parametrləri BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi və ATƏT-in qərar və sənədləri ilə artıq müəyyən edilmiş siyasi həllinə nail olmağa dair öhdəliklərinə vicdanla əməl etməlidir. Bu baş verməyənədək Ermənistan rəsmilərinin guya bu ölkənin danışıqlara hazır olduğuna dair bəyanatları nə Azərbaycanı nə də beynəlxalq ictimaiyyəti aldada bilməz.
Prezident cənab İlham Əliyevin BMT-nin 75 illik yubileyinə həsr edilmiş yüksək səviyyəli tədbirdə bildirdiyi kimi, sülhə nail olmaq üçün yalnız bir yol mövcuddur: Ermənistanın silahlı qüvvələri Azərbaycanın bütün işğal edilmiş ərazilərindən çıxmalıdır. Azərbaycanın ərazi bütövlüyü heç vaxt kompromis predmeti olmamışdır və heç vaxt olmayacaqdır.
Nikol Paşinyanın 8 may 2018-ci il tarixində Ermənistanın Baş naziri seçilməsindən bu günədək həyata keçirdiyi təxribatçı fəaliyyəti
Tarix |
Fəaliyyət |
8 may 2018-ci il |
Nikol Paşinyan baş nazir seçilməzdən əvvəl, Ermənistanın Parlamentinə müraciətində, Azərbaycanın işğal olunmuş ərazilərində qurulmuş qanunsuz rejimin danışıqlarda iştirak etməsi məsələsini qaldırmışdı. Beləliklə, o, danışıqların formatını şübhə altına almağa başladı və müxtəlif tədbirlərdə bunu dəfələrlə təkrarladı. |
|
|
9 may 2018-ci il |
Seçkinin ertəsi günü Nikol Paşinyan həyat yoldaşı ilə birlikdə Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsinə səfər edib. O, Xankəndidə Azərbaycanın Şuşa şəhərinin işğalının qeyd olunmasında iştirak etmişdir, “düşmənin qarşısının alınması” mexanizminin təkmilləşdirilməsi məsələsini müzakirə edib və Şuşada “Erməni Dram Muzeyi” ni açıb. |
|
|
16 iyun 2018-ci il |
Nikol Paşinyan yenidən işğal olunmuş Azərbaycan ərazilərini ziyarət edib, Ermənistan silahlı qüvvələrinin işğal altında olan Dağlıq Qarabağ bölgəsinin şərq hissəsindəki mövqelərini yoxlayıb və qanunsuz rejim “rəsmiləri” ilə hərbi məsləhətləşmələr aparıb. |
|
|
9 iyul 2018-ci il |
Nikol Paşinyan oğlunu Azərbaycanın işğal olunmuş ərazilərində yerləşdirilmiş Ermənistan silahlı qüvvələrinin bölmələrində hərbi xidmət keçməyə göndərib. O bildirib ki, bu jest daha çox erməninin orduya cəlb edilməsinə təşviq etmək məqsədi daşıyır. |
|
|
8 sentyabr 2018-ci il |
Moskvada rus-erməni iş adamları ilə görüşən Nikol Paşinyan açıq şəkildə “Artsaxı gələcəkdə Ermənistanın bir hissəsi kimi qəbul etdiyini” söyləyib. |
|
|
27 fevral 2019-cu il |
Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin direktoru Artur Vanetsyan işğal altında olan Xankəndi şəhərində keçirdiyi mətbuat konfransında deyib: “Məskunlaşdırma proqramı adlandırdığımız proqram, mənim və hər kəsin nəzərində, ölkəmizin təhlükəsizliyinin əsas təminatı olacaqdır. Çünki bu mövzunu həmişə sanki torpaqlar geri qaytarılacaq, danışıqlar aparılacaq, güzəştə gediləcək və s. kimi təhrif edən insanlar, çıxışlar və ifadələr var. Bu proqramın nəticəsi olaraq xalqımıza və dünyaya bir qarış torpaqdan imtina etmək niyyətində olmadığımıza dair açıq bir mesaj göndərəcəyik; əksinə, soydaşlarımız o torpaqlarda məskunlaşmalı və ölkəmizi qurmalıdırlar.” |
30 mart 2019-cu il |
Ermənistanın müdafiə naziri Davit Tonoyan Nyu Yorkdakı erməni icması ilə görüşündə “sülh üçün ərazilər” yanaşmasının tətbiq olunmayacağını bildirmişdir. “Müdafiə naziri olaraq elan edirəm ki, sülh üçün ərazilər adlı bu format, tərəfimdən yeni ifadə ilə əvəzlənmişdir. Biz bunun əksini edirik - yeni ərazilər üçün yeni müharibə” deyə Tonoyan qeyd etmişdir. O, həmçinin Ermənistanın hücum bölmələrinin sayını artıracağını söyləyib. |
|
|
9 may 2019-cu il |
Nikol Paşinyan Azərbaycanın işğal olunmuş ərazilərinə səfər edərək, Şuşa şəhərinin işğalı ilə əlaqədar keçirilən şənliklərdə iştirak edib. |
|
|
30 may 2019-cu il |
Ermənistan cəbhə xəttində atəşkəs rejimini kobud şəkildə pozub. ATƏT-in Minsk Qrupu həmsədrlərinin Azərbaycana səfər etdiyi vaxtda, mayın 30-da səhər saatlarında Azərbaycan Ordusunun mayoru Aqil Ömərov Ağdam rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinin snayperi tərəfindən vurularaq həlak olub. |
|
|
10 iyun 2019-cu il |
Müdafiə naziri D.Tonoyan cəbhənin Tərtər rayonu istiqamətində Azərbaycan əsgərinin öldürülməsinə şəxsən əmr verdiyini təsdiqləyib və Azərbaycan əsgərinin qatilini ictimai şəkildə mükafatlandırıb. |
|
|
5 avqust 2019-cu il |
Pan-erməni oyunlarının başlaması ərəfəsində Nikol Paşinyan bəyan edib ki, “Artsax Ermənistandır, Nöqtə”, izdiham “Miatsum” (Birləşmə) şüarları səsləndirib. |
|
|
6-17 avqust 2019-cu il |
Ermənistan ilk dəfə Azərbaycanın işğal olunmuş ərazilərində Pan-Erməni Oyunları keçirib. |
|
|
9 avqust 2019-cu il |
Ermənistan Sərsəng Su Anbarının infrastrukturunun dəyişdirilməsinə yönəlmiş 4 illik başqa bir layihə elan edib. Ermənistan tərəfi, Ermənistanı Azərbaycanın işğal olunmuş əraziləri ilə birləşdirmək üçün üçüncü avtomobil yolunun inşasını elan edib. Beynəlxalq hüquqa və Azərbaycan Respublikasının qanunvericiliyinə zidd olan bu infrastruktur dəyişiklikləri Azərbaycan ərazilərinin işğalının möhkəmləndirilməsini hədəfə alır. |
|
|
24 sentyabr – 5 oktyabr 2019-cu il |
Ermənistan silahlı qüvvələri Azərbaycanın işğal olunmuş ərazilərində “Silahlı Qüvvələrin genişləndirilməsi: Düşmənin təcavüzünə qarşı mübarizə” adlı genişmiqyaslı hərbi təlimlər keçirib. |
|
|
23 dekabr 2019-cu il |
Yerevanda, Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan və qanunsuz rejimin “prezidenti” Arayik Harutyunyanın həmsədrliyi ilə Ermənistan və Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qanunsuz rejimin Təhlükəsizlik Şuralarının birgə iclası keçirilib. |
|
|
31 mart 2020-ci il |
Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz “parlament” və “prezident” seçkiləri keçirib. |
|
|
21 aprel 2020-ci il |
Ermənistan Xarici İşlər naziri Zohrab Mnatsakanyan, Rusiyanın Xarici İşlər naziri Sergey Lavrovun “Dağlıq Qarabağ ətrafındakı bir sıra ərazilərin azad edilməsi və nəqliyyat, iqtisadi və digər əlaqələrin açılması” ilə bağlı açıqlamalarını şərh edərək deyib: “Heç bir güzəşt olmayıb və olmayacaq. Erməni tərəfi heç vaxt bu yanaşmanı tətbiq etməyəcəkdir ”. |
|
|
23 aprel 2020-ci il |
Ermənistanın Xarici İşlər Nazirliyi mərhələli yanaşmanı nəzərdə tutan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli təklifinin qəbuledilməz olduğunu bəyan edib. |
|
|
26 iyun 2020-ci il |
Ermənistan silahlı qüvvələri baş qərargah rəisi Onik Qasparyanın iştirakı ilə Azərbaycanın işğal olunmuş ərazilərində hərbi təlimlər keçirib.
|
|
|
10 iyul 2020-ci il
|
Ermənistan, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllinin məqsədinin Ermənistanın Azərbaycana qarşı başlatdığı müharibənin nəticələrinin möhkəmləndirilməsi olduğunu müəyyənləşdirən, yenidən işlənmiş Milli Təhlükəsizlik Strategiyasını qəbul edib. |
|
|
12-16 iyul 2020-ci il |
Ermənistan, Azərbaycan-Ermənistan beynəlxalq sərhədində, Tovuz bölgəsi istiqamətində Azərbaycanın mövqelərinə hücum edib. Azərbaycanın 12 hərbçisi və bir mülki şəxs qətlə yetirilib.
|
|
|
23 iyul 2020-ci il |
Nikol Paşinyan iyul toqquşmalarından sonra Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı Ermənistanın mövqeyinin gücləndirildiyini bəyan edib və 7 şərt irəli sürüb: Ermənistanın və qanunsuz rejimin “təhlükəsizlik sistemi gücləndirilməlidir, qanunsuz rejim “danışıqların tam hüquqlu tərəfi olmalıdır”, atəşkəs rejiminin monitorinqi gücləndirilməlidir və s. |
|
|
4 avqust 2020-ci il |
Beyrutda baş vermiş dağıdıcı partlayışdan sonra, Ermənistan Livan ermənilərini Azərbaycanın işğal olunmuş ərazilərinə köçürmək planını elan edib. Erməni kütləvi informasiya vasitələrinin məlumatına görə, Livandan olan bir çox erməni Şuşa şəhəri daxil olmaqla işğal olunmuş ərazilərdə məskunlaşıb. Beləliklə, Ermənistan 2020-ci ildə qanunsuz məskunlaşma siyasətini intensivləşdirib. |
|
|
11 avqust 2020-ci il |
Qanunsuz rejim “əsas inzibati ofisləri” işğal altında olan Şuşa şəhərinə köçürmək niyyətini elan edib. |
|
|
17 avqust 2020-ci il |
Qanunsuz rejim Azərbaycanın Gəncə şəhərini vurmaqla hədələyib. |
|
|
26 avqust 2020-ci il |
Ermənistan Müdafiə Nazirliyi, Ermənistanın silahlı qüvvələrini gücləndirəcək və Ermənistanın sərhədlərinin “təhlükə altında olan hissələrində” və ya “düşmənlə təmas xəttində” yerləşdirilə bilən ümummilli milis dəstəsini yaratmaq planını elan edib. |
|
|
28 avqust 2020-ci il |
Nikol Paşinyan 12-16 iyul 2020-ci il tarixlərində Azərbaycana qarşı hərbi əməliyyat həyata keçirən erməni hərbçilərinin mükafatlandırılması mərasimini keçirib. O, çıxışında 1990-cı illərin əvvəllərindəki hərbi əməliyyatlar zamanı azərbaycanlı mülki şəxslərə qarşı qanlı əməllər törətmiş Monte Melkonyan kimi erməni terrorçularına bir daha tərif yağdırıb. |
|
|
25-31 avqust 2020-ci il |
Ermənistan baş nazirinin həyat yoldaşı Anna Hakobyan digər qadınlarla birlikdə Azərbaycanın işğal olunmuş ərazilərində döyüş və atıcılıq təlim kurslarında iştirak edib. Təlimin video və fotoları mediada geniş şəkildə yayılıb. |
|
|
29 avqust 2020-ci il |
Nikol Paşinyan Azərbaycanın işğal olunmuş ərazilərinə səfər edib. O, həm 1990-cı illərin əvvəllərində, həm də 2020-ci ilin iyul ayında Azərbaycana qarşı hərbi təcavüzdə iştirak edən hərbi qulluqçuları mükafatlandırıb. |
|
|
21 sentyabr 2020-ci il |
Nikol Paşinyan Ermənistanın müstəqilliyinin 29-cu ildönümündə xalqa ismarış verib. İsmarışın ikinci sətrində “Artsax Respublikasının (Qarabağ) qürurlu vətəndaşlarına!” deyilir. |