Ukraynalı deputat: "Azərbaycanla əməkdaşlığın inkişafı davam edəcək"

 

 

Ukraynalı deputat: Azərbaycanla əməkdaşlığın inkişafı davam edəcək

“Azərbaycanın Ukraynanın milli təhlükəsizlik strategiyasına daxil edilməsi iki ölkə arasındakı möhkəm və dostluq münasibətlərinin sübutudur”.

Bunu açıqlamasında Ukrayna Ali Radasının deputatı Lyudmila Marçenko deyib.

“Strateji tərəfdaşlığı regional təhlükəsizliyini gücləndirməyə və ölkənin milli maraqlarını qorumağa xidmət edən beş ölkə arasında Azərbaycanın da olması faktı çox mətləbdən xəbər verir. Azərbaycan və Ukrayna uzun illərdir strateji tərəfdaşdırlar, bir sıra sahələrdə fəal əməkdaşlıq edirlər. Milli Təhlükəsizlik və Müdafiə Strategiyası Ukrayna Prezidenti Zelenskinin tapşırığı əsasında işlənib hazırlanıb. Bu, əməkdaşlığımızın inkişafındakı bu tendensiyanın gələcəkdə də davam edəcəyini göstərir", - deputat deyib.

L.Marçenko vurğulayıb ki, Ukraynanın xarici siyasət fəaliyyəti ilk növbədə müstəqilliyin və dövlət suverenliyinin təmin edilməsinə, Ukraynanın ərazi bütövlüyünün bərpasına yönəlib: "Bu baxımdan Azərbaycanla oxşar cəhətlərimiz var. Çözülməsi lazım olan oxşar problemlərimiz var və ölkələrimizdəki həll olunmamış münaqişələrin nizamlanması və ərazi bütövlüyünün bərpası üçün mütləq bir-birimizlə işbirliyimizi davam etdirəcəyik”, - deputat bildirib.

2020-09-24 / 15:11
Facebook