Ötən gecə Təhsil Nazirliyinin açıqladığı məlumata görə, dərs ili başlayandan bu günədək 95 şagird və 26 işçi heyəti olmaqla, 121 nəfərdə koronavirus aşkarlanıb.
Bu da sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Məktəblərin yenidən bağlanması gündəmə gəlib.
Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov açıqlamasında bildirib ki, dünən nazirliyin yaydığı məlumatı məktəblərin bağlanması ilə bağlı hazırlıq tədbiri kimi təqdim etmək doğru deyil:
O qeyd edib ki, koronavirus aşkarlanan şagirdlər ev şəraitində yoluxublar.