“Mən Xankəndinin millət vəkili kimi düşmənlərimizə mesaj verirəm ki, biz tezliklə öz torpaqlarımıza, öz evlərimizə qayıdacağıq”.
Bunu Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasında 1988-ci il 18 sentyabr tarixində Xankəndi şəhərində azərbaycanlılara qarşı ermənilərin kütləvi terror hərəkətlərinə həsr olunmuş mətbuat konfransında icma sədri, deputat Tural Gəncəliyev deyib.
O bildirib ki, bu işğal müvəqqətidir: “18 sentyabr 1988-ci ildə ermənilər tərəfindən Xankəndində törədilən qırğınları unutmamışıq. Biz Xankəndi sakinləri olaraq düşmənlərə mesaj veririk ki, şanlı ordumuzun köməyi ilə Xankəndini lazımsız terrorçu ünsürlərdən təmizləyəcəyik. Ermənistanın təcavüz siyasətinin bitməsinə az qalıb. Biz həmin terrorçulardan haqq-hesab soracağıq. Bu işğal müvəqqətidir, ermənilər işğal edilmiş torpaqlarda müvəqqətidir. Bizim istəyimiz qarşısında Ermənistanın və onun havadarlarının orduları duruş gətirə bilməyəcək. Haqq, beynəlxalq hüquq bizim tərəfimizdədir. Biz öz torpaqlarımıza tezliklə geri qayıdacağımız barədə düşmənə açıq mesaj veririk. Bunun sonu tezliklə çatacaq. Bizim buna əzmimiz çatır. Düşmənlərimiz bizim əzmimizi və istəyimizi görürlər və narahatlıq keçirirlər”.
Gəncəliyev qeyd edib ki, Xankəndi ulu babalarımızın yaşadığı məskəndir: “Bizi 30 ilə yaxındır bu torpaqlardan uzaq salıblar. Düşmənlərə konkret mesaj veririk ki, bunun səbəbi Ermənistanın yürütdüyü təcavüzkar siyasətdir. Biz öz torpaqlarımıza geri dönmək əzmindəyik. Buna qarşı dura bilməyəcəklər. Azərbaycan Respublikasının ali rəhbərliyi və Azərbaycanın şanlı ordusu tezliklə qızıl hərflərlə yeni tarix yazacaq”.