Ərdoğan: “Bunun adı Türkiyə modelidir”

 

 

Ərdoğan: “Bunun adı Türkiyə modelidir”

“Bu qədər səmimi bir demokratiya, ədalətli bir inkişaf hədəfi, haqq və ədalətin təməl idealını başqa bir yerdə tapa bilməzsiniz. Bunun adı Türkiyə modelidir”.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rəhbərlik etdiyi Ədalət və İnkişaf Partiyasının (AKP) videokonfrans formatında keçirilən növbəti toplantısında deyib.

R.T.Ərdoğan bildirib ki, AKP-nin irəli sürdüyü siyasəti haqlı hesab edir və bu mübarizə seçkilərə qədər yox, əbədi olacaq: “Türkiyə niyə Suriyada, Liviyada, Şərqi Aralıq Dənizində, Şimali İraqda, Qafqazda, Orda Asiyada, Afrikadadır deyə soruşurlar? Onları haqlı sayıb sualı tərsinə verək. Türkiyə bu yerlərdə olmazsa, bu mübarizəni aparmasa  nə baş verər? Türkiyə Suriyadan tamamilə çəkilsə Suriya sülhə, azadlığa nail olacaqmı? Türkiyə Şimali İraqda qurulan hiylələri görməzdən gəlsə, İraq terrordan təmizlənəcəkmi? Türkiyə Liviyada yaşananlara arxa çevirərsə, Liviyada çevriliş edənlər ölkəni qanuni idarəetmənin ixtiyarınamı verəcək? Türkiyə hər şeydən imtina edərsə, Fransa  müstəmləkəçiliyini buraxıb humanist bir siyasətmi yürüdəcək? Avropa İttifaqı Türkiyəyə qarşı uzun müddətdir tətbiq etdiyi ikili standartı buraxıb, bizə verdiyi vədləri yerinəmi yetirəcək? Belə bir durumda regionda mənfəəti olan dövlətlər çəkilib gedəcəklərmi? Ölkəmizə durmadan iqtisadi hiylələr, tələlər qurub Türkiyəni müflisləşdirmə cəhdində olanlar geri çəkiləcəklərmi?  Əgər bu sualların cavabı “bəli” olarsa, biz öz siyasətimizi yenidən nəzərdən keçirmək məsuliyyətini öz üzərimizə götürürük. Millətimizin dəstəyi ilə ölkəmiz üçün nə faydalıdırsa, o yolla davam edəcəyik”. 

2020-09-17 / 14:48
Facebook